Pablo Eskobarın evindən elit kurort düzəldəcəklər
19.12.2019 528 0.0 0

Məşhur kolumbiyalı narkotacir Pablo Eskobarın Meksikadakı keçmiş evi bahalı kurorta çevriləcək.

“Newsweek” xəbər verir ki, dəbdəbəli hoteldə 40 SPA-prosedurlu otaq və lüks butiklər yerləşdiriləcək.

Evi “Thor Equities Group” daşınmaz əmlak agentliyi 17,5 milyon dollara alıb. Şirkət bura 100 milyon dollar yatırım etmək niyyətindədir.

Villa Yukatan yarımadasında, San-Kaan təbiət qoruğunun 1 kilometrliyində yerləşir. Yaxınlıqda həmçinin maya sivilizasiyasina aid şəhərin qalıqları da var. /oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar