Pərviz Müşərrəf ölüm cəzasına məhkum edildi
17.12.2019 538 0.0 0

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf İslamabadda məhkəmə tərəfindən qiyabi olaraq ölüm cəzasına məhkum edilib.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, sabiq prezident və general vətənə xəyanətdə ittiham olunub.

Qərar 2007-ci ildə P.Müşərrəfin fövqəladə vəziyyət elan etməklə Konstitusiyanın fəaliyyətini dayandırması ilə əlaqədar verilib.

Qeyd edək ki, general P.Müşərrəf 1999-cu ildə çevriliş yolu ilə hakimiyyətə gəlib və 2001-2008-ci illərdə prezident vəzifəsində işləyib.

Hazırda P.Müşərrəf Dubayda müalicə olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar