Pakistan məhkəməsi keçmiş prezidenti Pərviz Müşərrəfə bəraət verib.
“RİA Novosti”yə istinadən verilən məlumata görə, o, 2006-cı ildə Bəlucistan vilayəti millətçilərinin lideri Əkbər Buqtinin ölümündə təqsirli bilinirdi.
Pərviz Müşərrəf 2013-cü ilin oktyabrında zaminə buraxılıb. Bununla yanaşı, onun bir neçə digər cinayət hadisələrində də adı hallanırdı. “Məhkəmə keçmiş prezident Pərviz Müşərrəfə və adları hallanan digər şəxslərə qarşı bütün ittihamları ləğv edib”,- deyə adı cinayət işində keçən sabiq daxili işlər naziri Aftab Şerpao deyib.
Bununla yanaşı, P. Müşərrəf 2007-ci ildə ölkədə fövqəladə vəziyyət elan etdiyi və Ali Məhkəmənin sədrinin həbs etdirdiyi üçün dövlət çevrilişində də ittiham edilir. O, 2001-2008-ci illərdə Pakistan prezidenti olub./apa/