Çinin Badalin şəhərində pələng vəhşi təbiət parkının ziyarətçilərinə hücum edib.
Qazeta.info Oxu.az-ın məlumatına əsasən bildirir ki, bu barədə məlumat iyulun 24-də Çinin Mərkəzi televiziyasının (CCTV) Twitter səhifəsində yerləşdirilib.
Hadisə parkda safari gəzintisi zamanı baş verib.
Daily Mail nəşrinin xəbərinə əsasən, avtomobildə olan kişi və qadın arasında mübahisə yaranıb. Nəticədə hirsli qadın avtomobildən çıxıb. Onun ardınca daha bir qadın nəqliyyat vasitəsini tərk edib. Bu zaman kolluqda gizlənən pələng qadınlara hücum çəkib.
Nəticədə qadınlardan biri aldığı xəsarətlərdən yerində keçinib, digər qadın isə yaralı vəziyyətdə xəstəxanaya aparılıb.
Qeyd edək ki, parkın qaydalarına əsasən, ziyarətçilərə gəzinti zamanı avtomobili tərk etmək qadağandır.
Pələngin qadınlara hücumunun videosu CCTV News-un YouTube kanalında yerləşdirilib.