Özünü partladan kamikadzelərdən biri azərbaycanlı çıxdı-VİDEO
31.03.2016 1620 0.0 0

 

Ötən gün Dağıstanın Tabasarana rayonunda avtomobildəki partlayıcı qurğunun işə salınması nəticəsində ölən iki nəfərin birinin azərbaycanlı olduğu müəyyənləşib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu şəxsin Elçin Hacıyev olduğu bildirilir. Digər şəxsin isə Şeyxməhəmmədov soyadlı bir nəfər olduğu müəyyən edilib. Partlayışda ölən hər iki silahlı şəxsin qalıqları daha dəqiq məlumat üçün  DNT analizinə göndəriləcək. 


Hər iki şəxs “Cənub” bandit dəstəsinin üzvüdür. İlkin məlumata əsasən onlar partlayıcı qurğunu quraşdırmaq üçün Dərbəndə getməyi planlaşdırıblar.

 

Xatırladaq ki, ötən gün Tabasaran rayonunun Sirtıç kəndində nəzarət məntəqəsində hüquq-mühafizə orqanının əməkdaşları Dərbənd istiqamətində hərəkət edən şübhəli minik avtomobilini saxlamağa cəhd ediblər. Lakin sürücü onların tələbinə əməl etməyib. Qaça bilməyəcəklərini görən avtomobildəki şəxslərdən biri partlayıcı qurğunu işə alıb. Hadisə nəticəsində bir polis əməkdaşı ölüb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar