Özünü Kürə atmaq istəyən şəxs xilas edilib
19.02.2016 458 0
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Mingəçevir şəhərində 1 nəfər intihar məqsədi ilə özünü körpüdən “Kür” çayına (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə) atması barədə məlumat daxil olub.
APA-nın nazirliyin saytına istinadən xəbərinə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:08-də başa çatıb
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər