Türkiyədə bir nəfər özünü 12-ci imam Mehdi elan edərək pəncərəsinin qarşısından keçən tüfənglə atəş açmağa başlayıb.
Məlumatına görə, açılan atəş nəticəsində üç polis məmurunu yaralayıb.
Bursada yaşayan İrfan adlı bu şəxs 3 mərtəbəli binanın zirzəmisindəki evinin pəncərəsində əlində tüfənglə dayanaraq ''İrana 'f' əlavə etsən İrfan olur. Gerçək Mehdi mənəm"- deyə qışqırıb.
Vəziyyəti belə görən vətəndaşlar polisi məlumatlandırırlar. Hadisə yerinə gələn polis dəstəsi ərazini mühafizəyə alıb.
Polisin xəbərdarlıqlarına fikir verməyən bu kişi, könüllü olaraq binanın önünə gələn jurnalistlərə üzünü tutaraq belə deyib: "Əsl Mehdi mənəm. Bu gün 21 dekabrdır. Gecələrin bitib, gündüzlərin uzandığı bir gündür. İki uşağım var, məndən sonra da onlar vəzifələrini yerinə yetirəcəklər. Məni İranda gözləyirlər. İrana 'f' əlavə etsən İrfan olur".
Qeyd edilən şəxs bu sözləri söylədikdən sonra jurnalistləri binanın önündən qovub və polislərə atəş açıb. Üç polis məmuru yaralanıb və 1 polis maşını zədələnib.
Məmurlardan ikisinə hadisə yerinə çağırılmış təcili yardım həkimləri tərəfindən ilkin yardım göstərilib. Ayağından yüngül yaralanan digər polis isə yaxınlıqdakı xəstəxanaya göndərilib.
Ərzurumda motor ustası kimi fəaliyyət göstərən bu şəxsin evdə həyat yoldaşı və uşaqlarından birinin olduğu dəqiqləşdirildikdən sonra isə, polislər onu sakitləşdirməkdə daha da çəkir.