Özünü binanın 10-cu mərtəbəsindən atdı
18.08.2015 666 0
Bakıda intihar hadisəsi baş verib.
Məlumata görə, hadisə Nizami Rayonu, Elşən Süleymanov küçəsi 126 ünvanında yaşayan 1964-cü il təvəllüdlü İqbal Kərtim oğlu Zeynalov özünü yaşadığı binanın 10-cu mərtəbəsindən atıb. O, aldığı xəsarətdən yerində keçinib.
Mərhumun qonşularının bildirdiyinə görə, 51 yaşlı İqbal Zeynalovun özünü öldürməsinə ailə üzvlərinin ona hörmət etməmələri ola bilər.
"Çünki mərhum ailəsi tərəfindən sıxışdırılırdı, ailə üzvləri ona hörmət etmirdilər."- deyə qonşular bildirib.
Lakin intiharın daha dəqiq hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər