Özbəkistanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb
14.12.2016 686 0.0 0

Özbəkistanın yeni seçilmiş prezidenti Şövkət Mirziyoyev parlamentin hər iki palatasının birgə iclası zamanı and içərək səlahiyyətlərin icrasına başlayıb.

 

“RİA Novosti”yə istinadən yayılan məlumata görə, Mərkəzi Seçki Komissiyasının sədri Ş. Mirziyoyevə prezident vəsiqəsini təqdim edib. Ölkə Konstitusiyası və “Quran”a əl basan Ş. Mirziyoyev ölkə qanunları və Konstitusiyaya ciddi riayət edəcəyinə, vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəyinə, vicdanla Özbəkistan prezidenti üzərinə qoyulmuş səlahiyyətləri yerinə yetirəcəyinə söz verib və and içib.  


Qeyd edək ki, dekabrın 5-də keçirilən prezident seçkilərdə qələbə qazanan Ş. Mirziyoyevin 88,61 faiz səs aldığı açıqlanıb. Ölkədə növbədənkənar  prezident seçkiləri sentyabrın 2-də 78 yaşlı İslam Kərimovun vəfatından sonra təyin olunub. Bundan əvvəl Ş. Mirziyoyev baş nazir vəzifəsində çalışıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar