Öz cinayəti haqqında hekayə yazan qarətçi həbs edildi
13.01.2018 658 0
İtaliya polisi poçt şöbəsini qarət edib bu barədə hekayə yazan cinayətkarı həbs edib.
Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, o 2017-ci ilin dekabr ayında Berqamo şəhərinin yaxınlığındaki poçt şöbəsinin əməkdaşlarını odlu silahla hədələyərək oradan 650 avro oğurlayıb.
Qarətçi yanvarın 12-də qonşu şəhərcikdə saxlanılıb. Saxlanılma zamanı o nəinki törətdiyi cinayəti etiraf edib, hətta polis əməkdaşlarına cinayətin təfərrüatlarını təsvir edən əlyazma verib.
Saxlanılan şəxsin əvvəllər də bu cür hadisələr törətdiyi bildirilir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər