Övladlarını mağarada saxlayan ana həbs olundu
13.09.2015 606 0.0 0

ABŞ-da öz uşaqlarını mağarada saxlayan ana həbs olunub.

Məlumata görə, uşaqlar bir neçə gün antisanitar vəziyyətdə yük daşınan yeşiklərin içərisində qalıblar. Hadisəni törədən isə 24 yaşlı anadır. Xarici KİV-lərin xəbərinə əsasən, qadın bir neçə gün iki oğlunu Kanzas şəhərinin şərqində yerləşən mağarada saxlayıb. Uşaqların birinin dörd, digərinin isə altı yaşı olduğu deyilir.

Mağarada qalan oğlanlar tam təsadüfən polislər tərəfindən aşkar olunublar. Belə ki, polislər oğurlanmış maşın üçün həmin əraziləri axtarıblar. Bu zaman onlar mağaradan birinə daxil olanda iki ayaqyalın və geyimləri cırıq oğlan uşaqları görüblər.

Agentliyin məlumatına görə, antisanitariya şəraitində yaşayan uşaqların yalnız az miqdarda qidaları və iki balaca yorğanları olub.Böyük oğlan polislərlə söhbəti zamanı onlara deyib ki, bu il o, məktəbə getməli idi, amma gedə bilməyib.

 


Brittani Muqro - uşaqlarını mağarada saxlayan ana


Polislər dərhal uşaqları xəstəxanaya çatdırıblar. Həkimlərin tam müayinəsindən sonra onlara yeni geyim və qida verilib. 

Uşaqları bu vəziyyətdə saxlayan Brittani Muqro etdiyi hərəkətə görə, dərhal tutulub. Onun bu işi hansı səbəbdən gördüyü hələ ki, bəlli deyil. Lakin qadının psixoloji durumunda problemlərin olduğu deyilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar