Ötən il banklar nağd dolların xalis satışını 20 dəfə azaldıb
16.02.2017 818 0.0 0

Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Bu barədə APA-ya Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Qeyd edilib ki, 2016-cı ildə banklar tərəfindən satılan xalis (yəni alışlarla satışların fərqi) nağd ABŞ dolları ötən il ilə müqayisədə 20 dəfə azalaraq 445,4 mln. ABŞ dolları, avro ilə əməliyyatlar isə 3,3 dəfə azalaraq 266,6 mln. avro təşkil edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar