Ötən il Azərbaycanda qeydiyyatından keçən dini icmaların sayıaçıqlanıb
17.05.2016 517 0
“Dini icmaların dövlət qeydiyyatına alınması prosesinin davam etdirilməsi nəticəsində ötən il 52 dini icma dövlət qeydiyyatından keçib”.
APA-nın xəbərinə görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2015-ci ildəki hesabatında bildirilib. Hesabatda qeyd olunub ki, onlardan 49-u islam, 3-ü qeyri-islam təmayüllü dini icmadır. “Qeydiyyata alınmış dini icmaların ümumi sayı 644-ə çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini icmalardan 620-i islam, 24-ü qeyri-islam təmayüllüdür. Sonunculardan 15-i xristian, 6-i yəhudi, 2-i bəhai və 1-i krişna şüuru dini icmasıdır” – deyə, hesabatda bildirilib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər