Ötən il 200 minə yaxın daşınmaz əmlak qeydiyyata alınıb
23.02.2018 920 0.0 0

2017-ci il ərzində 200 minə yaxın daşınmaz əmlak qeydiyyata alınıb.

 

Məlumata görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib. Onun sözlərinə görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə bu göstərici 14,5% artıb: "Göstəricinin 60 minə yaxını ilkin, 137 mindən çoxu isə təkrar qeydiyyata aid olub".

 

Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə bağlı məsələlərə toxunan komitə sədri K. Həsənov qeyd edib ki, bu istiqamətdə işlər uğurla həyata keçirilir: "Görülən işlərin nəticəsidir ki, kadastr məlumatlarına istinad etməklə Xaçmaz rayonunun Müqtədir qəsəbəsi və Vələmir kəndindən olan 604 ailənin uzun illərdən bəri mövcud olan torpaqla bağlı problemli məsələləri öz müsbət həllini tapıb. Torpaq payı almaq hüququna malik olan, ancaq indiyədək bu hüquqdan yararlana bilməyən 2 min 315 subyektin hər birinə 0,18 hektar pay torpaq sahəsi ayrılıb. Pay torpaqları almış vətəndaşlara isə mülkiyyət hüququnu təsdiq edən sənədlər də təqdim olunub"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar