Ötən gün şəhid olmuş hərbi qulluqçumuz futbolçu olub
17.11.2021 340 0
Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Əlizadə Elmin Samir oğlu əvvələr futbolçu olub.
Qazeta.info AFFA-nın məlumatına əsasən bildirir ki, şəhid E. Əlizadə 2013-2016-cı illər ərzində UGİM Mingəçevir komandasının tərkibində AFFA tərəfindən təşkil olunan liqaların iştirakçısı olub.
Futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.
Allah rəhmət eləsin!
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər