Ötən ay ərzində istehsal edilən tikinti materiallarının həcmi açıqlanıb
22.02.2022 405 0.0 0

Azərbaycanda ötən ay ərzində istehsal edilən tikinti materiallarının həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, tikinti materiallarının istehsalı sahəsində 2022-ci il yanvar ayında istehsalın ümumi dəyəri 62,3 milyon manat olmaqla, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 85,1 faiz artıb.

Emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 4,4 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 3,5 dəfə, betondan yığma tikinti konstruksiyaların istehsalı 69,4 faiz, tikinti kərpicinin istehsalı 44,4 faiz, tikinti gipsinin istehsalı 18,2 faiz artıb, tikinti əhənginin istehsalı 9,4 faiz, sementin istehsalı isə 6,0 faiz azalıb./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar