Ötəm ayın sonuna kimi neft ixracının həcmi açıqlandı
03.03.2015 739 0
Qazeta.info ARDNŞ-yə istinadla bildirir ki, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin fevral ayında 54 min 70 ton dizel yanacağı və 16 min 478 ton təyyarə yanacağı ixrac etmişdir.
Ümumilikdə, 2015-ci ilin yanvar-fevral ayları ərzində 165 min 227 ton dizel
yanacağı, 32 min 470 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilmişdir. 2015-ci ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 572,95 dollar, təyyarə yanacağının - 575,60 dollar, dizel yanacağının - 539,09 dollar, 1% kükürdlü mazutun qiyməti 314,04 dollar təşkil etmişdir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər