Osmanlı sultanının sarayında çalışmış azərbaycanlı kim olub? - VİDEO
09.08.2019 685 0.0 0

Osmanlı sultanı II Əbdülhəmidin sarayında bir azərbaycanlı yaşamış və saray politoloqu kimi çalışmışdır. Həmin azərbaycanlı şəkili Məmmədəmin Darğazadə olub. O, XIX-cu əsrdə sultan II Əbdülhəmiddən İstanbulda məhəllə də hədiyyə alıb və bütün şəkili qohumlarını bura yaşamağa çağırıb. Əməkdaşlarımız həmin məhəllədə olublar.

 

 

Qazeta.info Xezerxeber.az-ın məlumatına əsasən bildirir ki, atası tacir olan şəkili Məmmədəmin Darğazadə Fransada təhsil alıb və daha sonra ailəsi imkanlı olduğundan Türkiyədə hüquq sahəsində oxuyub.

 

Məmmədəmin Darğazadə Türkiyədə yaşadığı dövrdə bağban qızını sevib. Ailəsi bununla razılaşmadığından səyhatə çıxıb və bunu səyahətnamə halında yazıb.

 

Səyahətnamə yazılarının Türkiyədə qəzetdə çap edilməsi şəkili Məhəmmədəminin sarayda işlməsinə səbəb olur.

 

Beləliklə, Məmmədəmin Darğazadə sarayada politoloq kimi fəaliyyət göstərir və xarici qonqlarla siyasi danışıqlarda iştirak edir. Daha sonra II Əbdülhəmid Məhəmmədəminə dəniz kənarında məhəllə də hədiyyə edir və o da şəkili qohumlarını bura dəvət edir. Həmvətənimiz üç dəfə ailə qurub və 2 övladı dünyaya gəlib. O, 1925- ci ildə dünyasını dəyişib. Oğlu isə atasından qalan bütün varidatı və arxivini satdığından indi ondan geriyə heç nə qalmayıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar