Osakada G20 sammiti 2019-cu ildə keçiriləcək
02.04.2018 785 0
Yaponiya hökuməti "Böyük iyirmilik" (G20) sammitini 2019-cu il iyunun 28-29-da Osaka şəhərində keçirmək qərarına gəlib.
TASS-a istinadən xəbər verilir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin Baş katibi Yosihide Suqa Tokioda təşkil olunan mətbuat konfransında bildirib.
"Beynəlxalq səviyyədə və ölkə daxilində bütün görüşlərin və beynəlxalq tədbirlərin qrafikini təhlil edərək G20 sammitini 2019-cu il iyunun 28-29-da keçirmək qərarına gəldik", - Y.Suqa vurğulayıb./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər