Aktivləşdirilmiş kömür tibdə çoxdan istifadə olunur və çox effektli və ziyansız vasitə kimi tanınır.
Kömür bağırsaqlarda olan ziyanlı maddələri özünə hopdurur və çölə çıxardır.
Kömür zəhərlənmə zamanı ən tanınmış ilk tibbi yardım vasitəsidir.
Həmçinin kömür profilaktik vasitə kimi də istifadə oluna bilər. Kömür orqanizmdən toksinlər, şlaklar, radionukleidlər, ağır metalların duzları və s. ziyanlı maddələri çıxardır, arıqlamağa kömək edir, dərinin vəziyyətini yaxşılaşdırır.
Profilaktik məqsədlə kömür gündə 1 dəfə səhər yeməkdən əvvəl qəbul olunur. 10 kq bədən çəkisi üçün 1 həb götürülür. Məsələn, çəkiniz 62 kq olduqda - 6 həb, 67 kq olduqda - 7 həb tibbi kömür götürülür. Həbləri yaxşı əzin, az miqdarda balla qarışdırın və qəbul edin. Sonra 1-2 stəkan ilıq su için.
Bunu 3-4 gün ərzində etmək lazımdır. Bu proseduru 2 aydan sonra təkrar edə bilərsiniz.
Sizdə xroniki mədə-bağırsaq sistemi xəstəlikləri varsa, qəbizliyə meyllisinizsə, bu metoddan istifadə etməyin.
Kömürü tez-tez və uzun müddət ərzində qəbul etmək olmaz. Ziyanlı maddələrlə birlikdə kömür orqanizmdən faydalı maddələri də xaric edir ki, bu vitamin və mineral çatışmazlığı ilə nəticələnə bilər./Saglamolun.az/