Orqanizmi qocalıqdan xilas edən vasitə
29.09.2015 955 0.0 0

Hamı bilir ki, balıq yağı çox xeyirli məhsuldur. Əvvəllər balıq yağı əsasən uşaqlara verilirdi.

Belə hesab olunurdu ki, balıq yağı uşaqların inkişafına və sağlamlığına müsbət təsir edir. Bəli, bu həqiqətdir. Lakin müasir tibb balıq yağını böyüklər üçün daha xeyirli hesab edir.

Elmi araşdırmalar nəticəsində məlum oldu ki, balıq yağının qəbulu böyüklərdə urək-damar sistemi xəstəliklərinin ən yaxşı profilaktikasıdır. Balıq yağı ürəyin, damarların, beyinin sağlamlığını qoruyur. Məhz bu səbəbdən balıq yağını "qocalıqdan xilas edən dərman" adlandırırlar.

Balıq yağı çox zəngin tərkibə malikdir. Onun tərkibində sağlamlığımız üçün çox vacib olan iki vitamin - A və D vitaminləri var. Bundan əlavə balıq yağının tərkibində çox qiymətli Omeqa-3 yağlı turşuları var. Bu faydalı maddələr balıq yağını əsl dərmana çevirir. Məhz bu səbəbdən balıq yağı bir çox xəstəliklərin müalicəsində və profilaktikasında geniş istifadə olunur.

Balıq yağı oynaqlarda iltihabları müalicə edir, ağrıları azaldır, oynaqların hərəkətliliyini artırır. Həmçinin balıq yağı dəri xəstəlikləri zamanı da istifadə olunur.

Balıq yağı yaşlı insanlarda ağıl zəifliyinin inkişafının qarşısını almağa kömək edir. Həmçinin balıq yağı insanları depressiyalardan qoruyur, orqanizmin streslərə qarşı olan davamlılığını artırır. Sübut olunub ki, balıq yağı orqanizmdə "xoşbəxtlik hormonu" olan serotoninin ifrazını artırır ki, bu da əhval-ruhiyyəni yaxşılaşdırır.

Elmi araşdırmlar nəticəsində sübut olunub ki, balıq yağı ürəyə çox müsbət təsir edir:

- ürəyin ritmini tənzimləyir, aritmiyanın inkişafından qoruyur,

- infarktın əsas səbəbi olan aterosklerozla mübarizə aparır,

- damarlarda trombların əmələ gəlməsinin qarşısını alır,

- arterial təzyiqinin tənzimlənməsinə kömək edir.

Balıq yağı xərçəngəleyhinə təsirə malikdir.

Balıq yağı hamilə qadınlara da tez-tez təyin olunur. Balıq yağı dölün sinir sisteminin normal inkişafına kömək edir.

Lakin bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq, bəzi xəstəliklər və pozulmalar zamanı balıq yağının qəbulu əks-göstərişdir. Bu səbəbdən balıq yağını həkim təyin etməlidir./saglamolun.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar