Orqanizmi bir aylıq oruca hazırlamağın 3 ASAN YOLU
26.05.2017 1189 0.0 0

Bu gecə niyyət axşamıdır. Minlərlə müsəlman Allah qarşısında öz borcunu yerinə yetirmək, ruhunu, cismini arındırmaq üçün niyyət edəcək. Sabahdan isə oruc tutmağa başlayacaqlar.

Orqanizmi bir aylıq oruca hazırlamağı 3 asan yolla sizə təqdim edirik:

1. İsti və uzun günlərə təsadüf edən Ramazan ayında oruc tutmaq bir az çətin olur. İsti və susuzluq möminlərə çətin anlar yaşadır. Odur ki, qabaqcadan bol su içməyə vücudunuzu alışdırın. Bu gecədən etibarən, sonrakı günlərdə imsaq və iftarlarda 8-10 stəkan su için, bədən öz su ehtiyatını toplasın. Bunu daha təsirli etmək üçün suyun içinə təzə meyvə dilimləri də ata bilərsiniz.

2. Yemək porsiyalarını azaldın. Bütün günü ac qalmamaq üçün səhər və axşam partlayana qədər yemək xeyir verməyəcək. Əksinə ziyan edəcək.

3. Duzu azaldın. Çünki duz həm susuzluq gətirir, həm də insanın müqavimət qabiliyyətini azaldır./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar