Ordumuzun böyük itki verdiyi əməliyyat - 24 il
26.01.2016 678 0.0 0

Daşaltı əməliyyatından 23 il ötür. Məlumata görə, Daşaltı əməliyyatı 1992-ci il 25 yanvarda axşam saat 20:00 radələrində başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb.

Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib.

Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib.

 


Tacəddin Mehdiyev - Sabiq müdafiə naziri

 

Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib.

Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib. Bundan başqa, onlarla əsgər itkin düşüb. Döyüşdə ermənilər də bir neçə texnika və 80 nəfərə yaxın canlı qüvvə itirib.

Qeyd edək ki, Daşaltı əməliyyatının gedişatında qələbə müharibənin gedişatını dəyişdirə bilərdi. Amma əməliyyatın uğursuzluğundan sonra, Azərbaycan qoşunları uzun müddət faktiki olaraq hücum əməliyyatlarını həyata keçirmədilər. Bununla da, erməni qoşunları müharibədə təşəbbüsü ələ aldı.

Daşaltıda məğlubiyyət, həmçinin Azərbaycan qoşunlarının və əhalinin döyüş ruhuna da ciddi təsir etdi. Lakin Daşaltıdakı döyüş Azərbaycan əsgərlərinin bir çox qəhrəmanlıq və cəsarətinin nümunəsi kimi yadda qaldı./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar