Ordumuz üçün 63 milyon
02.05.2015 853 0.0 0

Aprel ayı ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlanıb. 

Müdafiə Nazirliyindən  verilən məlumata görə, aprel ayı ərzində fonda 63 248 655 manat, 211 791 ABŞ dolları və 593 avro yığılıb. 

Qeyd edək ki, aprel ayının 1-dək Fonda 62 mln. 495 min 671 manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait yığılmışdı. 

Xatırladaq ki, 1 mart 2015-ci il tarixinə kimi Yardım Fonduna 61 mln. 653 min 116 manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait vəsait köçürülüb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədi ilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar