Azərbaycan ən güclü orduların reytinqində Ermənistanı yenə qabaqlayıb. Məlumata görə, bu hərbi gücün indeksi “Global Firepower” portalının mütəxəssislərinin tədqiqatlarına əsaslandırılıb.
Hərbi gücü müəyyənləşdirən ekspertlərin rəyinə görə, Azərbaycan Silahlı Qüvvələri 64-cü yeri tutub. Ermənilər siyahıda 74-cü yerdə qərarlaşıb. Digər qonşumuz Gürcüstan reytinqdə 75-ci yerdədir.
“Global Firepower” portalının ekspertləri hərbi gücün qlobal indeksində Rusiyaya ikinci yeri veriblər. Şirkətin illik hesabatına əsasən, reytinqdə birinci yeri ABŞ tutub. Üçüncü yerdə Çin qərarlaşıb. İlk onluğa həmçinin Hindistan, Böyük Britaniya, Fransa, Cənubi Koreya, Almaniya, Yaponiya və Türkiyə girib.
Siyahının tərtib edilməsi vaxtı yalnız silahlı qüvvələrin sayı nəzərə alınmayıb. Siyahıyda həm də müdafiə qabiliyyətinə təsir edən başqa amillər nəzərə alınıb. Bununla belə reytinq müəllifləri nüvə potensialını nəzərə almadıqlarını qeyd ediblər.
Hesablamaya qəbul edilmiş amillərin arasında – coğrafi mövqe, ərazinin ölçüləri, resursların ixracından asılılıq, iqtisadiyyatın durumu, dənizə çıxışa malik olan dövlətlərdə donanmanın gücü var. Siyasi rəhbərliyin və hərbi komandanlığın səviyyəsi nəzərə alınmayıb.
Keçən il noyabr ayında dünyanın ən güclü döyüş bacarığı olan ordularının reytinqi açıqlanmışdı. Bu reytinq "Credit Suiss" ekspertləri tərəfindən təşkil olunub. Təqdimatın nəticəsinə əsasən, birinci yerdə ABŞ, ikici yerdə Rusiya, üçüncü yerdə isə Çin ordusu dayanır.
Siyahının ilk onluğunu təşkil edən dövlətlər: Yaponiya, Hindistan, Fransa, Cənubi Koreya, İtaliya, Böyük Britaniya və Türkiyədir.
Siyahı Kanadanın ordusu ilə tamamlanır. Silahlarına heç də az pul xərcləməyən Rusiya və Çin xərclərin effektivliyinə görə qalib ölkələrdəndirlər.
Onların ordusu, əsasən, ən yeni silahlara görə seçilir. 2014-cü ildə Rusiya qoşunlarına 4,5 mindən çox hərbi texnika nümunələri, 142 təyyarə, 135 vertolyot və s. alınıb./anspress/