"Əgər ABŞ Kiyevə döyüş silahları versə, parlament prezident Vladimir Putinin Ukraynaya ordu göndərmək səlahiyyətini bərpa etməlidir."
Məlumata görə, bunu Ədalətli Rusiya Partiyasının Dövlət Dumasındakı deputatı Mixail Yemelyanov deyib. O bildirib ki, ABŞ belə addım atsa, Rusiya açıq şəkildə yaraqlılara silahla kömək göstərməliyik.
Deputat Frants Klintseviç isə vurğulayıb ki, ABŞ Ukraynaya silah göndərsə, bu, Ukraynanın şərqindəki atəşkəs rejiminin yenidən pozulmasına gətirib çıxaracaq.
Xatırladaq ki, Rusiya parlamenti ötən ilin martında V.Putinə belə səlahiyyət verib, amma sonra ləğv olunub.
ABŞ Konqresinin Nümayəndələr Palatası isə martın 23-də prezident Barak Obamanı Ukraynaya döyüş silahları göndərməyə çağıran qətnamə qəbul edib./anspress/