Oqtay Əsədov : «Zahid Oruc, 5 dəqiqə də artırıram, danış...»
08.12.2016 1335 0
Milli Məclisin bu gün keçirilən iclasında “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc çıxışı zamanı vaxt azlığından şikayətlənib.
Qazeta.info “Report”un xəbərinə əsasən bildirir ki, o bildirib ki, çıxış üçün vaxt 10 dəqiqə nəzərdə tutulub, amma sonradan 5 dəqiqəyə endirilib: “Ona görə də mən geniş danışa bilmirəm. Müəyyən tezislərim var ki, onlara toxuna bilməyəcəyəm”.
Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca belə cavab verib: “Sənə əlavə 5 dəqiqə də vaxt verirəm. Danış”.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər