Oqtay Əsədov Türkiyəyə gedir
09.03.2016 494 0.0 0

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti martın 10-11-də Türkiyədə rəsmi səfərdə olacaq.
MM-dən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası işçi qrupunun başçısı Əhliman Əmiraslanov, deputatlar Şəmsəddin Hacıyev, Ağalar Vəliyev, Malik Həsənov, Çingiz Qənizadə, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
 
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Ankarada Türkiyə Böyük Millət Məclisinin fəaliyyəti ilə yaxından maraqlanacaqlar. Burada Milli Məclis sədrinin Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanla görüşü nəzərdə tutulub. Görüşdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, hər iki parlamentdə fəaliyyət göstərən dostluq qrupları arasında münasibətlərin daha da dərinləşməsi barədə söhbətlər aparılacaq.
 
Rəsmi səfər zamanı Milli Məclis sədrinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşləri də gözlənilir. Bu görüşlərdə ikitərəfli əlaqələrin daha da inkişafı, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, regionda vəziyyət, bölgədəki münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar