Oqtay Əsədov TBMM sədrini qəbul edib
21.12.2015 428 0.0 0

 Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahramanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
MM-dən  verilən məlumata görə, sədr qonaqları səmimi salamlayaraq İ. Kahramanı 27-ci çağırış Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi münasibətilə təbrik edib. O xatırladıb ki, Türkiyədəki seçkilərdən sonra bu ölkənin rəsmiləri ilk səfərlərini məhz Azərbaycana edirlər: “Ümidvaram ki, başqa dövlətlər üçün  nümunə olacaq bu münasibətlər və bu ənənə gələcəkdə də qorunub saxlanacaq, daha da inkişaf etdiriləcək”.
 
O. Əsədov regionda yaranmış son vəziyyətlə əlaqədar fikirlərini açıqlayaraq  Rusiya ilə Türkiyə arasında münasibətlərin tezliklə normallaşacağına inamını ifadə edib və bunun üçün Azərbaycan tərəfinin hər cür köməklik etməyə hazır olduğunu söyləyib. MM sədri Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin tutduğu prinsipial mövqeyə görə bir daha minnətdarlığını bildirib”.
 
İ. Kahraman isə Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü vəziyyəti və gələcək inkişaf perspektivlərindən danışaraq, nümayəndə heyətlərinin beynəlxalq qurumlarda da strateji tərəfdaş kimi ortaq mövqedən çıxış etmələrini  yüksək dəyərləndirib. O, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayaraq, problemin sülh yolu ilə tezliklə həllinə inandığını ifadə edib. İ. Kahraman son dövrdə regionda yaranmış mürəkkəb bir dönəmdə  Azərbaycanın tutduğu mövqeyə və hadisələrə həssaslıqla yanaşmasına görə minnətdarlığını bildirib.
 
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar