Oqtay Əsədov Sankt-Peterburqa gedəcək
09.03.2017 699 0.0 0

Martın 27-də Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının (PA) 25 illiyinə həsr olunmuş təntənəli iclas keçiriləcək.
 
MDB PA-nın saytına istinadən verilən məlumata görə, tədbirdə üzv ölkələrin parlament sədrləri iştirak edəcək.
 
Bu çərçivədə MDB PA-nın 46-cı plenar iclası və MDB PA Şurasının iclası da olacaq. Plenar iclas zamanı MDB PA-nın daimi komissiyaları tərəfindən təsdiqlənən model qanunlar və tövsiyələrə aid 12 layihəyə baxılacaq. MDB PA Şurasının yığıncağında “MDB Parlamentlərarası Asambleyasının 25 illiyi barədə” bəyanat qəbul ediləcək.
 
Toplantılarda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun da iştirakı gözlənilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar