OPEK+ sazişinin müddəti yenə uzadıla bilər
28.03.2018 821 0.0 0

Neft hasilatının azaldılması barədə OPEK+ sazişində iştirak edən bir sıra ölkələr sənədin müddətinin daha altı ay uzadılmasını təklif edib.

Trend-in məlumatına görə, bunu İraqın neft naziri Cabbar əl-Laibi deyib.

Nazir bu təkliflə hansı ölkələrin çıxış etdiyini açıqlamayıb.

Xatırladaq ki, OPEK və bu quruma daxil olmayan ölkələr 2016-cı ilin sonunda Vyanada neft hasilatının azaldılması barədə razılığa gəlmişdi. Sazişin müddəti iki dəfə uzadılıb. Hazırda bu saziş 2018-ci ilin sonunadək qüvvədədir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar