OPEK-dən yeni neft proqnozu
24.06.2015 609 0.0 0

Azərbaycanda 2015-ci ildə gündə 820 min barel neft hasil ediləcək. Ötən illə müqayisədə neft hasilatı sutkada 30 min barel azalacaq.

Məlumata görə, bu barədə OPEK hesabat yayıb.

Bu təşkilatın proqnozlarına görə, Azərbaycanda apreldə neft hasilatı 860 min barel təşkil edib və keçən ilin analoji dövrü ilə müqayisədə 20 min barel azalıb. Bu ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda neft hasilatı sutkada 661 min barel təşkil edib. 

"bp" şirkəti mayda gündə 150 min barel neft hasil edən “Qərbi Azəri” platformasında hasilatı 3 həftəliyə dayandırıb. Beləliklə, OPEK gözləyir ki, iyunda neft hasilatı 50 min barel azalacaq.

OPEK-in məlumatına görə, bu ilin I rübündə Azərbaycanda neft hasilatı sutkada 850 min barel təşkil edib. İlin II rübündə OPEK ölkədə neft hasilatını gündə 870 min barel, III rübdə 860 min barel, IV rübdə 790 min səviyyəsində gözləyir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar