OPEK-dən neft hasilatı ilə bağlı yeni qərar
01.03.2016 611 0.0 0

OPEK neft hasilatının sutkalıq həcmini fevralda  280 min barel azaldıb.  “Röyters”ə istinadən verilən xəbərə görə, fevral ayı ərzində OPEK ölkələrinin ümumi hasilat həcmi sutkada 32,37 mln barel təşkil edib.    
 
Məlumata görə, hasilat həcminin azalması İraqın şimal bölgələrindən neftin tədarükünün dayandırılması ilə bağlıdır. Əsas ixrac borusu ilə fevralın 17-dən dayandırılan neft tədarükünün  martın ortalarından tez olmayaraq bərpa olunacağı gözlənilir.      
 
“Röyters” agentliyi, həmçinin, Səudiyyə Ərəbistanının neft hasilatının sabit səviyyədə saxladığını qeyd edərək, Ər-Riyadın Venesuela, Rusiya və Qətərlə bir müddət əvvəl neft hasilatının həcminin yanvar ayı səviyyəsində saxlanılmasına dair razılığa sadiq qaldığını vurğulayıb. Agentlik bu amillərin neftin qiymətinin artacağına səbəb ola biləcəyini istisna etməyib.  
 
Bundan başqa, agentlik İranda neft hasilatının həcminin ötən ilin dekabrı ilə müqayisədə sutkada 200 min barel artdığını qeyd edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar