OPEC və Rusiya neft hasilatının azaldılmasına dair razılığa gəlib
24.11.2017 874 0.0 0

OPEC və Rusiyanın neft hasilatının azaldılması ilə bağlı OPEC+ anlaşmasının uzadılmasına dair anlaşdıqları bildirilir.  "Interfax" agentliyinə istinadən xəbər verilir ki, bu məlumatı müzakirələrdə iştirak edən mənbələr "Bloomberg" agentliyinə bildirib.

Qeyd edək ki, OPEC+ neft hasilatının azaldılması ilə bağlı cari anlaşmanın müddəti 2018-ci il martın 31-də bitir. Hazırda müzakirələrin davam etdiyi qeyd olunur.

Xatırladaq ki, noyabrın 30-da Vyanada OPEC+ anlaşması iştirakçıları və yeni dəvət olunan neft hasilatçısı ölkələrinin sammitində anlaşmanın hansı müddətə uzadılması ilə bağlı qərar veriləcək./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar