OPEC ölkələri neft hasilatının dondurulmasına dair razılığa gəliblər
29.09.2016 464 0.0 0

OPEC ölkələri nümayəndələri Əlcəzairdə keçirilən qeyr-rəsmi görüşdə neft hasilatının dondurulmasına dair konsensusa nail olublar.

 

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo neft hasilatının dondurulmasına dair razılaşmanı təsdiqləyib.

 

TASS agentliyinə istinadən verilən xəbərə görə, M.Barkindo deyib ki, hasilatın sutkada 32,5-33 milyon barelədək məhdudlaşdırılmasına dair razılaşma əldə edilib.

 

Razılaşma noyabrın 30-da Vyanada OPEC-ə üzv ölkələrin keçiriləcəyi rəsmi toplantıdan sonra qüvvəyə minəcək.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar