OPEC-in növbəti iclası mayın 25-də keçiriləcək
01.12.2016 638 0.0 0

OPEC-in növbəti iclası mayın 25-də, Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

 

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bu barədə təşkilatın bu gün keçirilmiş 171-ci iclasında qərar qəbul olunub.

 

Xatırladaq ki, bu gün OPEC-ə üzv ölkələr neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edib.

 

Razılığa əsasən, OPEC ölkələri hasilatı sutkalıq 1,2 mln. barrel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32,5 mln. barrelə qədər enəcək.

 

Neft hasilatının azaldılmasına dair razılıq 2017-ci il, yanvarın 1-dən qüvvəyə minəcək. Razılaşma altı ay müddətinə,  bir ilə qədər uzadılması mümkünlüyü ilə imzalanıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar