Onlarla müsavatçı polisə çağırılıb – Aksiya ilə bağlı- Siyahı
09.11.2019 935 0.0 0

Müsavatçılara 12 noyabr aksiyası ilə bağlı total təzyiq başlayıb

Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslər və təşkilatın fəalları polisin total təzyiqi ilə üzləşiblər. 

Bu haqda partiyadan məlumat verilib. Məlumatda bildirilir ki, partiyanın onlarla üzvü polis idarələrinə və bölmələrinə çağrılmaqdadır.

Müsavat Partiyası Mərkəzi İcra Aparatınınrəhbəri Gülağa Aslanlı, Binəqədi rayon Polis İdarəsinə çağrılıb, bir saat sorğu-suala tutulduqdan sonra sərbəst buraxılıb. Bir müddət sonra yenidən 7-ci bölməyə çağırılıb.

Müsavat başqanın müavini Razim Əmiraslanlı, Binəqədi rayon Polis İdarəsinə çağrılıb.

Müsavat başqanının müavini Səxavət Soltanlı, Qaradağ rayon Polis İdarəsinə çağrılıb.

Müsavat başqanının müavini Nemət Kərimli, Nəsimi rayonu 21-ci polis bölməsinə çağırılıb.

Müsavat Gənclər Təşkilatının sədri Elman Quliyevin evinə polis gəlib və onu polis bölməsinə aparıblar.

Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli, Yasamal rayon Polis İdarəsinə çağrılıb, polisdən ona rəsmi bildiriş göndərilməsini istəyib.

Müsavat Partiyası Xətai rayon təşkilatının fəalı Dilşad Nağıyeva, işlədiyi məktəbdən 34-cü polis bölməsinə aparılıb.

Müsavat Partiyası Xətai rayon təşkilatının sədri Qəzənfər Baxışov,  34-cü polis bölməsinə çağırılıb. 

Müsavat Partiyası Nizami rayon təşkilatının sədri Zakir Məmmədzadə,  Nizami rayon Polis İdarəsinə çağırılıb. 

Müsavat Partiyasının Məclis üzvü Raymonda Əliyeva,  34-cü polis bölməsinə çağırılıb.

Müsavat başqanının müşaviri Niyaz Nəsir, Xəzər rayon Polis İdarəsinə çağırılıb. 

Müsavat Partiyası Binəqədi rayon təşkilatının sədri Sabit Hacılı, Binəqədi rayon Polis İdarəsinə çağırılıb.

Müsavat Partiyası Nərimanov rayon təşkilatının sədri Namiq Niftiyev,  Nərimanov rayon Polis İdarəsinə çağırılıb.

Müsavat Partiyası Səbail rayon təşkilatının sədri Zakir İsmayıl,  Səbail rayon Polis İdarəsinə çağırılıb.

Müsavat Partiyası Goranboy rayon təşkilatının sədri Yusif Namazoğlu,  Goranboy rayon Polis İdarəsinə çağırılıb.

Müsavat Partiyasının Məclis üzvü Ayxan Hacıbəyli, Nəsimi rayon 20-ci polis bölməsinə çağırılıb.

Müsavat Gənclər Təşkilatının üzvü Tural Hacıbəyli, Nəsimi rayon 20-ci polis bölməsinə çağırılıb.

Müsavatın Məclis üzvü Əlikram Xurşidov, Şirvan rayon Polis Şöbəsinə çağırılıb.

Müsavatın Şirvan rayon təşkilatının fəalı Saday Hacıllı, Şirvan rayon Polis Şöbəsinə çağırılıb.

Müsavatın Salyan rayon təşkilatının fəalı Kərim Ağarza, Salyan rayon Polis Şöbəsinə çağırılıb.

Müsavat Partiyası Binəqədi rayon təşkilatının fəalı Rəhim Yaqublu,  32 saylı Suraxanı polis bölməsinə çağırılıb. 

Müsavat Partiyası Binəqədi rayon təşkilatının fəalı Elnur Hacılı, Binəqədi RPİ.

Müsavat Partiyası Qaradağ rayon təşkilatının sədri Qədim Soltan, Qaradağ RPİ,

Müsavat Partiyası Nərimanov rayon təşkilatının fəalı Valeh Hümmətoğlu, Nərimanov RPİ. 

Müsavat Partiyası Binəqədi rayon təşkilatının fəalları Aydın Qədimbəyli, Binəqədi RPİ.

Müsavat Partiyası Bərdə rayon təşkilatının sədri Müsafir Cəmilli, Bərdə RPŞ.

Müsavat Partiyası Nərimanov rayon təşkilatının fəalı Əbülfəz Sadıqbəyli, Binəqədi rayon 5-ci polis bölməsinə çağırılıb.

Müsavat Partiyası Biləcəri özəyinin sədri Qədir Nağıyev Binəqədi rayon 5-ci polis bölməsinə çağırılıb. 

Müsavat Partiyası Suraxanı rayon təşkilatının Şura üzvü Nizaməli Süleymanov, Suraxanı rayon 30-cu polis bölməsinə çağırılıb.

Müsavat başqanının müşaviri Elman Həsənli, Səbail rayon polis idarəsinə çağırılıb.

 

Siyahının dəqiqləşdirilməsi davam edir.

Xatırladaq ki, ötən günlər ərzində Müsavat başqanının müşavirləri Cahangir Əmirxanlı Gəncə şəhər Baş Polis İdarəsinə, Baha Mikayılov Kürdəmir Polis şöbəsinə, Azər İsmayıl isə Sabirabad rayon Polis Şöbəsinə çağırılmışdılar.

Çağırılan müsavatçılara bir qayda olaraq onların ailə üzvləri, partiyadakı mövqeyi və 12 noyabr aksiyaslnda iştirak edib etməyəcəkləri barədə suallar verilir. Bəzi müsavatçılara 12 noyabr aksiyasında iştirak edəcəkləri təqdirdə, onların həbs olunacağı haqda  hədə-qorxu gəlinib. 

Müsavat Partiyasının mətbuat xidməti Azərbaycan konstitusiyası ilə hər kəsin mitinq və piketlərdə iştirak etmək hüququnun olduğunu xatırladaraq, partiya üzvlərinin kütləvi şəkildə polisə çağırılmasını Müsavat fəallarına qarşı total təzyiq kimi qiymətləndirir, polisin siyasətə qanunsuz müdaxiləsinə son qoyulmasını tələb edir. /Basta/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar