«Ona demişdim ki, bayıra çıxma…» - Bacısını bıçaqlayan qardaş-VİDEO
15.02.2016 1302 0.0 0

Bacısını bıçaqlayan Biləcəri sakini: "Öldürmək niyyətim yox idi..."
Bakıda baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.
 
Qazeta.info APA TV-nin məlumatına əsasən bildirir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi ev 42 "B" ünvanında qeydə alınıb.
 
Sabir Rüstəm oğlu Qurbanov 29 yaşlı bacısı Yelena Rüstəm qızı Qurbanovanı qısqanclıq zəminində bıçaqlayıb: "Demişdim ona bayıra çıxanda xəbər elə, mənsiz çıxma. O da qulaq asmadı, mən də şey elədim..."
 
Bıçaqla bacısının üstünə gələn Sabir ona bir zərbə endirib. Özünü müdafiə etmək üçün qadın qolunu qabağa verib və bıçaq onun əlindən dəyib: "Elə bir dəfə vurdum. Sonra üstümə gəlirdi, mən də çıxdım getdim. Öldürmək niyyətim yox idi".
 
Zərərçəkən Yelena Qurbanova 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, əməliyyat olunan pasiyentin vəziyyəti orta-ağır olaraq qalır.
 
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar