On yaşlı oğlan kanalda boğulub
28.06.2016 654 0
Tovuz rayonunda uşaq su kanalında boğulub. Məlumata görə, rayonun Aşağı Quşçu kənd sakini, 2006-ci il təvəllüdlü Vahid Vidadi oğlu Quliyev kənd ərazisində olan su kanalına düşüb. Sudan çıxarılan azyaşlı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər