Ömürlük məhbus həbsxanada ölüb
18.11.2015 903 0.0 0

Azərbaycanda həbsxanada ölüm hadisəsi qeydə alınıb.
 
Hüquq müdafiəçisi Eldar Zeynalov APA-ya bildirib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustanda yerləşən həbsxanasında cəza çəkən ömürlük azadlıqdan məhrum edilmiş Atakişiyev Şəyavuş Mehdi oğlu noyabrın 15-də ölüb.
 
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov  açıqlamasında faktı təsdiq edib. O, S. Atakişiyevin vəziyyətinin qəflətən pisləşdiyini bildirib: “Məhbus ürək xəstəliyindən əziyyət çəkirdi. Dəfələrlə müalicə müəssisəsində müalicə olunub. Noyabrın 15-də axşam saatlarında saxlanıldığı kamerada vəziyyəti pisləşib və dünyasını dəyişib”.
 
Qeyd edək ki, S. Atakişiyevin barəsində 1992-ci ildə ölüm hökmü çıxarılıb. Lakin 1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv olunub. Bundan sonra onun barəsində olan cəza ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar