Ölümdən son anda belə xilas edildi- VİDEO
21.02.2017 813 0
Dəmir yolunun üzərindən keçən sərxoş şəxsin ölümün bir addımlığından dəmir yol əməkdaşlarının cəsarətli hərəkətilə xilas edilməsi sosial mediada böyük maraqla qarşılanıb.
Təhlükəsizlik kamerasının qeydə aldığı görüntülərdən məlum olur ki, kənardan sürət qatarının gəlməsinə baxmayaraq sərxoş kişi velosipedini əlinə götürərək dəmir yolu xəttinin üzərindən keçməyə cəhd edir. Lakin onun həddən çox spirtli içki qəbul etməsi dəmir yolu xəttinin üzərinə yıxılması ilə nəticələnir.
Elə bu anda yolun kənarında bir neçə dəmir yol işçisi sərxoş insanın yanında peyda olur. Xoşbəxtlikdən həmin işçilərin biri sərxoş insanın qatarın ona yaxınlaşmasından bixəbər olduğunu görüb qaçaraq onu özü ilə birgə yolun kənarına atır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər