Ölüm xəbəri yayılan əməkdar artist danışdı
02.05.2016 892 0.0 0

"Vəziyyətim o qədər də yaxşı deyil. Amma yenə də şükür.” Bunu  ömrünün 40 ildən çoxunu Azərbaycan teatrında çalışmış, əməkdar artist, 81 yaşlı  Məcnun Hacıbəyov deyib. Aktyor səhhətinin  əvvəlki günlərlə müqayisədə yaxşı olduğunu deyib.

Bir müddət əvvəl aktyorun  səhhətində problem yaranıb. O, ürək xəstəliyindən əziyyət çəkir. “Mənim ürəyim xəstədir, dərman atıram, ürəyimdən o qədər də narazı deyiləm, ancaq arada özümü pis hiss edirəm”, - deyə Məcnun Hacıbəyov bildirib.

Bu gün mətbuatda artistin ölümü ilə bağlı yalnış xəbər yayılıb.  

Aktyor Məcnun Hacıbəyov “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib. Məcnun Hacıbəyov 2010-cu ildə işlədiyi Azərbaycan Dövlət Dram Teatrından küsərək doğulduğu İkinci Nüqədi kəndinə qayıdıb və həmin vaxtdan Nüqədi kəndində yaşayır. 


Oxşar hadisələr  ölkə mətbuatında ilk deyil. Artıq bir neçə dəfə  bəzi saytlar ölkənin tanınmış adamlarının ölüm xəbəri ilə bağlı yalnış məlumatlar veriblər. Həmin şəxslərdən biri xalq artisti Arif Quliyevdir. O hətta bununla bağlı müsahibəsində  “saytlar məni 5 dəfə öldürüb, amma 1 dəfə də bastıran olmayıb”, - deyə  zararat edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar