Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili Türkiyəyə səfərə gedib.
Məlumata görə, Saakaşvili səfəri barədə özünün "Facebook" səhifəsində status yazıb. Qubernator Türkiyəyə İstanbulun bələdiyyə sədri Kadir Topbaşın dəvəti ilə səfər etdiyini yazıb.
“Şəhər meri Kadir Topbaş şəhərdə həyata keçiriləcək layihələrlə bizi tanış etdi. Merlə Odessadakı İstanbul parkının yenidən qurulmasını müzakirə etdik. İstanbul rəhbərliyi parkı çox gözəl və rahat bir yerə çevirmək üçün bütün xərcləri öz üzərinə götürür”.
Saakaşvili bildirib ki, parkın açılışına türk iş adamlarından ibarət böyük nümayəndə heyəti gələcək və Odessa vilayətindəki investisiya layihələri müzakirə olunacaq.
Layihənin təqdimatı 2016-cı ilin yanvarın sonunda İstanbulda təqdim ediləcək.
İstanbul bələdiyyə sədri Kadir Topbaş və nümayəndə heyəti
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili və nümayəndə heyəti
Saakaşvilinin İstabulla bağlı zəngin xatirələri var. Odessa qubernatoru 2013 -cu ildə Türkiyədə rəsmi səfəri zamanı velosiped gəzintisinə çıxıb və yıxılaraq qolunu sındırıb. Dərhal xəstəxanaya yerləşdirilən prezident həkim nəzarəti altına alınıb.
Saakaşvili 2003 – 2014-cü illərdə Gürcüstanın prezidenti vəzifəsində çalışıb. 2013-cü ildə Gürcüstan prezidenti vəzifəsini başa çatdıran Saakaşvili bir müddət Avropa və ABŞ-da hüquq sahəsində çalışdıqdan sonra Ukraynaya yollanıb. 2014-2015 Ukrayna siyasi mühitində mühüm rollardan birini oynayan Mixeil Saakaşvili Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru təyin edib.
Saakaşvili islahatçı xarakteri və koruppsiyaya qarşı mübarizəsi ilə daima gündəmə gələ bilib. Rusiyaya qarşı kəskin münasibəti ilə seçilir. O, bir müddət əvvəl məhkəmənin qərarı ilə Gürcüstan vətəndaşlığından çıxarılıb.
Dekabrın 16-da isə Saakaşvilinin Ukrayanın daxili işlər naziri Arsen Avakovla arasında yaşanan münaqişənin videosu yayılmışdı. Milli islahatlar şurasının iclası zamanı baş verən olay zamanı nazir qubernatorun üzünə su atıb.
Ukrayna prezidenti Pyotr Poroşenko münaqişədə Saakaşvilini müdafiə edib. Ölkə başçısı iclas zamanı baş verən hadisəni "biabırçı hərəkət" adlandırıb./anspress/
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvilinin İstanbulda keçirilən tədbirdə çıxışı
Сьогодні дуже багато цікавих українців створили Український рух за очищення--Сегодня очень много интересных украинцев создали Украинское движение за очищение
Posted by Mikheil Saakashvili on Çərşənbə, 23 Dekabr 2015