Ölkə qarışdı: 5 polis öldü, 30-u yaralandı (FOTO)
10.05.2015 729 0.0 0

Makedoniyada silahlı qrupla polis arasında yaşanan qarşıdurma ölümlə nəticələnib. 

Məlumata görə, Makedoniyanın şimalında yerləşən Kumanovo qəsəbəsində silahlı qrupa qarşı keçirilən xüsusi əməliyyat zamanı 5 polis ölüb, 30 nəfər polis əməkdaşı isə yaralanıb. Bu barədə Makedoniya daxili işlər naziri Qordana Yankulovska gecə saatlarında paytaxt Skopyedə keçirdiyi mətbuat toplantısında bildirib. 

Nazir çıxışı zamanı ölən polislərin adlarını açıqlayıb və ailələrin başsağlığı çatdırıb. 

“Xaricdən gələn silahlı bir terrorçu qruplaşmanın dövlət qurumlarına hücum təşkil edəcəyi barədə informasiya aldıq və onlara qarşı əməliyyat həyata keçirdik”, – deyə nazir vurğulayıb. 

O, əməliyyat zamanı terrorçulardan 30-dan çoxunun təslim olduğunu, digərlərinin isə zərərsiz hala gətirilməsi barədə çalışdıqlarını diqqətə çatdırıb. 

Bundan başqa, nazir silahlı qarşıdurmanın davam etməsi səbəbilə mülki əhalidən və terrorçulardan nə qədər itki sayının olduğunu bilmədiklərini deyib. /anspress/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar