"Hansı dağda, hansı dərədə gizlənməsindən asılı olmayaraq, onları tapıb qovacağıq".Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində “Milyonlarla nəfəs terrora qarşı tək səs” şüarı altında baş tutan mitinqdə çıxışı zamanı belə bir bəyanat səsləndirib. Ərdoğan qeyd edib ki, hökumət ölkəni Türkiyə bayrağına qarşı çıxan “manqurt”lara təslim etməyəcək. Onun sözlərinə görə, ölkədə cərəyan edən terror hadisələri türkün qardaşlıq siyasətini pozmağa hesablanıb.
“Biz bu ölkədə etnik mənsubiyyətinə görə heç kimə qarşı ayrıseçkilik etmədik və etməyəcəyik. Biz yaradılmışı Yaradandan dolayı sevərik. Mənim ölkəmdə etnik problem deyil, terror problemi var. Mübarizəmiz hər hansı bir etnik qrupa qarşı deyil, terror qruplaşmasına, ona dəstək verənlərə qarşıdır”.
Təşkilatçıların sözlərinə görə, ötən gün Yeniqapı meydanında keçirilən nümayişə 100 mindən çox insan qatılıb. Fəallar əllərində Türkiyə bayraqları ilə terrora qarşı həmrəylik şüarları səsləndiriblər./anspress/