Ölkələr arasında müharibə başlaya bilər
02.10.2015 623 0.0 0

Rusiya Hərbi Hava donanmasının qırıcıları Suriya ərazisinə güclü aviazərbələr endirməyə başlayıb. Son vaxtlar Suriya istiqamətində hərəkət edən Rusiya hərbi nəqliyyat və desant gəmilərinin reysləri artıb.

Məlumata görə, Rusiya Federasiyasının rəsmiləri, Suriyada hakimiyyətin xahişi ilə qanuni hərbi əməliyyatlar həyata keçirən yeganə ölkə olduğunu iddia edir. Bunu isə ondan Suriya prezidenti Başar Əsəd xahiş edib. Sentyabrın 30-da Rusiya Federasiya Şurası ölkə Silahlı Qüvvələrinin xaricdə istifadəsinə icazə verilməsi ilə bağlı prezidentin müraciətini yekdilliklə dəstəkləyib.

Bununla bağlı, Rusiya Suriyada ABŞ-a sərt ultimatum verərək, dərhal ölkədəki Amerika hərbi hava təyyarələrini geri çağırmağı tələb edib. 

 


Rusiyanın Suriyaya endirdiyi aviazərbələr


Eyni zamanda, Səudiyyə Ərəbisanının da daxil olduğu ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri 2014-cu ilin sentyabrından İŞİD-in Suriyadaki mövqelərini bombalayır.

Hal-hazırda ölkələri narahat edən məsələlərdən biri Rusiyanın Suriyada bu qədər fəallaşmasına səbəbin nə olduğudur. Politoloq Rüstəm Məmmədovun sözlərinə görə, İŞİD Rusiya üçün təhlükə mənbəyi olduğundan Rusiya onu Suriyada məhv etmək fikrindədir. "Rusiyanın ərazilərindən çoxu müsəlman ölkəsindən ibarətdir olduğundan, o, İŞİD-in həmin ölkələrə keçə bilməsindən narahatdır", - deyə politoloq bildirib.

Başqa bir tərəfdən isə xarici ekspertlər hesab edirlər ki, Rusiya ordusu Bəşər Əsədə qarşı vuruşan ABŞ ordusu ilə də mübarizə aparır. Bu da bu gün "soyuq müharibə" şəraitində olan iki ölkənin münasibətlərinin daha da gərginləşməsinə səbəb ola bilər.

Məsələ ilə bağlı başqa bir versiya isə, Rusiyanın yalnız İŞİD-i bombalamaq adı ilə Qərblə, xüsusən, ABŞ-la üzdə də olsa, yaxınlaşması hesab olunur. Belə hallarda, Rusiya heç vaxt münasibətlərin korlanmağını göstərmək istəyir. Hələ 2001-ci il sentyabrın 11-də baş verən hadisədə Putin ABŞ prezidenti Corc Buşa zəng vuraraq, nəinki, başsağlığı verib, eyni zamanda, Əfqanıstanla mübarizədə ona dəstək olmağı da təklif edib. 

Ümumiyyətlə, bu Rusiyanın Suriyaya ilk köməkliyi deyil, 1980-ci illərdə də Suriya-İsrail münaqişəsində SSRİ Suriyaya köməklik edib. Amma nəticədə yenə İsrail qələbə qazanıb.

 


Suriya-İsrail müharibəsində Suriyanın dağıdılması


Qərb ölkələri və ABŞ isə Rusiyanın Bəşər Əsədi dəstəkləməsinə qarşı çıxır. Onlar əmindirlər ki, Bəşər Əsəd rejiminə hər hansı dəstək yalnız ölkədəli hərbi münaqişənin uzanmasına səbəb olacaq.

Amerikalıların sözlərinə görə Rusiyanın yardımı, rejimi məhz Suriya prezidentinin hərbi əməliyyatlarda uduzduğu bir vaxtda möhkəmləndirə bilər.

Məsələyə ərəb ölkələri də biganə qalmayıblar. Səudiyyə Ərəbistanı rəhbərliyi ilə bu münaqişəyə cəlb olunmuş ərəb koalsiyası ölkələri Rusiyanın Bəşər Əsəd rejiminə artan hərbi yardımından həyəcanlanıb. Onlar qəti əmindirlər ki, Suriyanın gələcəyi Bəşər Əsədlə bağlı olmamalıdır. Buna görə də Rusiyanı hərbi aviazərbələrə son qoymağa səsləyiblər.

Sentyabrın 29-da Nyu-Yorkda keçirilən ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin arasında ikitərəfli görüşdə də əsas məsələ Suriya məsələsi olub. Hər iki prezident görüşdən sonra Suriya məsələsində ortaq məxrəcə gəlmədiklərini vurğulayıblar. 

 


Nyu-Yorkda Barak Obama və Vladimir Putin görüşü


Barak Obama bəyan edib ki, nə qədər ki Bəşər Əsəd Suriya prezidentidir, Suriya münaqişəsini həll etmək mümkün olmayacaq.

Vladimir Putin isə B.Əsədə yardım göstərməyi vacib bilib, onun sözlərinə görə, ölkədə hal-hazırda yeganə hüquqi lider odur. Bundan başqa, Rusiya prezidenti ABŞ-ın mövcud Suriya hakimiyyəti ilə əməkdaşlıqdan imtina etməsini səhv adlandırıb.

Lakin, Obama öz xalqına qarşı müharibə aparan Bəşər Əsədin bundan sonra hər hansı bir barışığa təminatçı ola bilməsinə və bütün törətdiyi cinayətlərdən sonra Suriya diktatoru olmasına layiq olmadığını deyib. ABŞ prezidenti hakimiyyətin başqa bir siyasətçiyə verilməsi tərəfdarı olduğunu vurğulayıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar