Ölkədə uşaqlara “birgə ad”ların qoyulması halları azalır
01.06.2017 1176 0.0 0

Azərbaycanda bəzi adlar paralel şəkildə həm qızlara, həm də oğlanlara qoyula bilər.

Trend-in məlumatına görə, belə "birgə ad"ların siyahısına Arzu, Hicran, Şövkət, İzzət, Yadigar, Ziyafət, Ulduz, İsmət, Afər və s. kimi adlar daxildir.

Ədliyyə Nazirliyinin statistik məlumatlarına əsasən isə ölkədə uşaqlara "birgə ad"ların qoyulması halları azalır. Lakin bu az sayda qoyulan adların sırasında Arzu və Pərvin digərlərinə nisbətən son 3 ildə uşaqlara daha çox qoyulan adlar hesab edilə bilər.

2013-cü ildə Arzu 382 nəfərə qoyulduğu halda, sonrakı illərdə bu rəqəm getdikcə azalıb və 2016-cı ildə 257 uşağa qoyulub. 2016-cı ildə Arzu adı daha çox qızlara (242 nəfərə) qoyulub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar