Aprel ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,9 faiz, o cümlədən birillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının uyğun olaraq 0,1 və 2,2 faiz ucuzlaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 2,1 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 1,5 faiz ucuzlaşıb.
Birillik bitkilərdən buğdanın, arpa dəninin, kartofun, yoncanın istehsalçı qiyməti ucuzlaşıb, lobya və noxud dəninin, günəbaxan toxumunun, pomidorun istehsalçı qiyməti isə bahalaşıb.
Çoxillik bitkilərdən almanın, badamın, şabalıdın, fındığın, tərəvəz şitilinin istehsalçı qiyməti bahalaşıb, qozun, gül şitilinin istehsalçı qiyməti isə ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından südün, mal və qoyun ətinin (diri çəkidə), diri ev quşlarının, yumurtanın, quş ətinin (diri çəkidə) istehsalçı qiyməti ucuzlaşıb./anspress/