ÖLKƏDƏ DOLLAR-RUBL CÜTLÜYÜ İLƏ ƏMƏLİYYATLAR MƏHDUDLAŞDIRILDI
18.12.2014 1260 0
Beynəlxalq bazarlarda ABŞ dolları ilə rus rublu valyuta cütlüyünün aşağı likvidlik səbəbi ilə, bu törəmə valyuta aləti ilə marja ticarətini təşkil edən Bakı Fond Birjasinın ticarət sistemində alış sifarişlərinin açılması məhdudlaşdırılıb.Qazeta.info bildirir ki, bu barədə Bakı Fond Birjası yayıb.
Sözügedən valyuta cütlüyündə öncədən alış sifarişləri olan müştərilər bu əməliyyatları istənilən vaxt bağlaya bilərlər.
BFB-də USD-RUB valyuta cütlüyündə alış sifarişlərinin yenidən bərpası ilə bağlı tərəfimizdən əlavə olaraq açıqlama veriləcəkdir.//Trend
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər