Ölkədə bəzi yaşayış məntəqəsinin adı dəyişib
15.04.2015 639 0
Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçirilib.
Komissiyanın qərarı ilə 18 kəndin tarixi adı özünə qaytarılıb, eyniadlı 13 kəndin adı isə dəyişdirilib.
MM-dən verilən məlumata görə, iclasda Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarından daxil olmuş müraciətlərə baxılaraq bəzi kəndlərin tarixi adlarının bərpa edilməsi və bir sıra eyniadlı kəndlərin adlarının dəyişdirilməsi məsələsi müzakirə olunub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər